Özbəkistan Prezidenti Çində səfərdədir

post-img

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Çinə dövlət səfəri başlayıb. Səfər çərçivəsində dövlət başçısı Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Tsyan ilə görüşüb. Məlumatı “Anadolu” verib. 

Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər, ilk növbədə, ticarət-iqtisadi sahədə çoxşaxəli praktiki əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

İki ölkə liderlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində Özbəkistan-Çin münasibətlərinin bütün sahələrdə və istiqamətlərdə görünməmiş səviyyəyə yüksəldiyi vurğulanıb.

Qeyd olunur ki, ötən il Özbəkistan və Çin arasında ticarət dövriyyəsi 50 faiz artaraq 14 milyard dollara çatıb. Bu rəqəmin 20 milyard dollara çatdırılması potensialı qeyd edilib. Çinin Özbəkistan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 14 milyard dolları ötüb.

P.ƏMİRCANOV

XQ

Dünya