Keçmiş məcburi köçkün: Füzuliyə qayıdarkən yenidən qurub yaradacağıq

post-img

Şükür ki, bu günləri görmək bizə nəsib oldu. Mən Füzulidən çıxanda 18 yaşım var idi, artıq hər şeyi dərk edirdim. Bütün gəncliyim, xatirələrim, xoş günlərim Füzulidə, tapdaq altında qaldı. Bütün bunlara baxmayaraq, oraya qayıdanda yenidən qurub, yaradacağıq.

Bu sözləri Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Pənah Mirzəyev deyib.

Bakıda yaşayış kompleksində evlə təmin olunduğunu bildirən müsahib əlavə edib: “Hər cür şərait yaradılmasına baxmayaraq, yurd həsrəti, Vətən sevgisi məni daim Füzuliyə çəkirdi. Bu günləri bizə yaşatdığı üçün Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Qeyd edək ki, yanvarın 24-də növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha 30 ailə (125 nəfər) öz doğma yurduna köçürülüb. Bununla da ümumilikdə 470 ailənin (1750 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.

Sosial həyat