İcveçin baş naziri Türkiyənin qərarından məmnunluğunu ifadə edib

post-img

İsveçin baş naziri Ulf Kristersson bildirib ki, o, Türkiyə parlamentinin İsveçin NATO-ya üzv olmaqla bağlı ərizəsini ratifikasiya etmək qərarından məmnundur.  Məlumatı “İnterfaks.ru” verib. 

Baş nazirin X sosial şəbəkəsindəki rəsmi hesabında deyilir: “Bu gün biz NATO-nun tamhüquqlu üzvü olmağa bir addım daha yaxınıq. Bundan əvvəl Türkiyə parlamentinin üzvlərinin İsveçin NATO-ya daxil olmasının ratifikasiyasına səs verdiyi bildirildi. İndi sənəd imzalanmaq üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndəriləcək”.

P.ƏMİRCANOV

XQ

Dünya