NATO Ukraynanın tədarükünü nəzərə alaraq artilleriya mərmilərinin alınması üçün müqavilələr imzalayıb

post-img

Yanvarın 23-də NATO-nun Brüsseldəki mənzil-qərargahında alyansla 155 mm-lik artilleriya sursatının alınması ilə bağlı müqavilələr imzalanıb. Sənədləri NATO-nun baş katibi Yens Stoltenberq və NATO-nun Davamlılıq və Təchizat Agentliyinin (NSPA) baş direktoru Steysi Kamminqs imzalayıb.

“Biz indicə yüz minlərlə 155 mm-lik mərmi almaq üçün 1,2 milyard dollarlıq müqavilələri tamamladıq. Biz Ukraynaya dəstəyimizi davam etdirdiyimiz üçün NATO-nun mütəmadi olaraq təchizat verməsi vacibdir”, - deyə Stoltenberq mərasimdən sonra jurnalistlərə bildirib.

Mərasim Şimali Atlantika Alyansının qərargahının saytında yayımlanıb.

 

Dünya