“Göygöl şəhərində asfaltlanmayan küçə qalmayacaq”

post-img

Hazırda Göygöl Rayon İcra Hakimiyyətinin əsas devizlərindən, hədəflərindən biri budur. Yəni şəhər rəhbərliyi rayon mərkəzinin küçə və dalanlarının, səkilərinin təmir olunması, ilk növbədə illərlə asfalt görməyən küçələrə asfalt örtüyünün salınması vəzifəsini qarşıya qoyub.

Şəhər sakinləri görülən işləri yüksək qiymətləndirir, bunu ölkə Prezidentinin Göygölə və onun sakinlərinə göstərdiyi növbəti diqqət və qayğının təzahürü kimi dəyərləndirirlər.

Göygöl şəhərinin küçələrində abadlıq-quruculuq işləri hər gün davam etdirilir. Lap bu günlərdə şəhərin Vüsal Həsənov küçəsinə səki daşları və bordurlar düzülüb, yeni asfalt örtüyü tökülüb və sakinlərin istifadəsinə verilib.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri
Göygöl

 







Sosial həyat