Ermənistan mediası: Ölkə borc içində boğulur

post-img

Ermənistanın dövlət borcu son illər sürətlə artıb. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra dövlət borcları ilə yanaşı, xidmət xərcləri də dəhşətli dərəcədə çoxalıb.

Bu barədə Ermənistanın “168 Zham” nəşri araşdırma məqaləsi dərc edib. 

Məqalədə bildirilir ki, hökumət təkcə bu il borcundan 2 milyard dollar ödəməlidir: “Bu il ödənilməli olan bu məbləğ Ermənistan büdcəsi üçün böyük yükdür. Ona görə də bu vəsait yeni borclar cəlb edilməklə ödənilməlidir. Hakimiyyətin mövcud borcları ödəmək üçün yeni pullar alması kimi çirkin siyasəti ölkəni borca qərq edir ki, bu da böyük itkilərə yol açır”.  

Məqalədə o da qeyd olunur ki, böyük məbləğlərin ödənilməsinə baxmayaraq, borc hər il artır. Bu il hökumətin ümumi borcunun 13 milyard dollara yaxınlaşacağı gözlənilir.  

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya