Fidan Nyu-Yorka gedib

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorka səfərə gedib.

Diplomatik mənbələrdən alınan məlumata görə, XİN rəhbəri BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında iştirak edəcək.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Nyu-Yorkda müxtəlif ölkələrin nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

BMT Təhlükəsizlik Şurasının Fələstin məsələsi üzrə iclası yanvarın 23-də keçiriləcək.

 

P.ƏMİRCANOV

XQ

Dünya