Lavrov: Qərbin “xeyirxah məsləhətləri” Cənubi Qafqazda həmişə mövcuddur

post-img

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, Qərbin “xeyirxah məsləhətləri” Cənubi Qafqazda həmişə mövcuddur. Məlumatı “İzvestiya.ru” verib. 

Lavrov bildirib: “Qərb dostlarının yaxşı məsləhətləri Cənubi Qafqazda həmişə mövcuddur və bəzən bu məsləhət prosesin bu və ya digər iştirakçısı tərəfindən qəbul edilir”.

Eyni zamanda, onun fikrincə, bu məsləhətlər heç də maraqlar balansını tapmağa deyil, yalnız öz geosiyasi problemlərinin həllinə yönəlib.

P.ƏMİRCANOV
XQ

Dünya