Türkiyə təhlükəli terrorçunu zərərsizləşdirib

post-img

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) səyləri ilə Şimali İraqda Avropadan silahlıları cinayət təşkilatı sıralarına cəlb edən PKK terrorçusu zərərsizləşdirilib. Bu barədə yanvarın 13-də Türkiyə təhlükəsizlik güclərindəki mənbələr məlumat verib. Xəbəri “Anadolu” yayıb. 

“Renas Raperin” ləqəbli Faiq Aydın İraq-Türkiyə sərhədindən az qala 160 km aralıda zərərsizləşdirilib. İraqda o, həmçinin Süleymaniyyə şəhərinin sakinlərinə cinayət təşkilatının fəaliyyətində iştirak etmək, o cümlədən maliyyə dəstəyi göstərmək üçün təzyiq göstərib.

Türkiyə xüsusi xidmət orqanları aydınlaşdırıb ki, Aydın uzun illər Avropanın bir sıra ölkələrində “işləyib”, PKK sıralarına terrorçular cəlb edib, 2015-ci ildən Şimali İraqda silahlı fəaliyyətə başlayıb. Türkiyənin Muş Cəza Məhkəməsi daha əvvəl Aydın barəsində terror təşkilatının fəaliyyətində iştirak ittihamı ilə həbs qərarı çıxarıb.

Onun qardaşlarından biri, 2014-2018-ci illərdə Türkiyənin Ərzurumunda terror aktlarının təşkilində iştirak edən Saiqi Aydın 2018-ci ildə zərərsizləşdirilib. Digər qardaş Ferhat Aydın isə 2013-2014-cü illərdə YPG-nin (PKK-nın Suriya qanadı) fəaliyyətlərində iştirak edib və Suriyanın şimalında dünyasını dəyişib.

P.ƏMİRCANOV
XQ

Dünya