"Pascal" dilinin yaradıcısı Niklaus Virt vəfat edib

post-img

İsveçrəli kompüter alimi Niklaus Virt vəfat edib. Onun 89 yaşı var idi. Niklaus Virt "Pascal", "Euler", "Modula-2" və "Oberon" proqramlaşdırma dillərini yaradıb. Vida mərasimi yanvarın 11-də Sürixdə baş tutacaq.

Niklaus Virt 15 fevral 1934-cü ildə İsveçrədə anadan olub. 1984-cü ildə kompüter elmləri üzrə dünyanın ən nüfuzlu mükafatı olan Turing mükafatını alıb.

Stanford Universitetində, Sürix Universitetində işləyib. 

Mütəxəssislər bildirirlər ki, Niklaus Virtin proqramlaşdırma dilləri aydın, sadə və effektivdir. Onun hazırladığı "Pascal" bir müddət ən çox istifadə edilən kommersiya proqramlaşdırma dili olub. Onun əsasında "Object Pascal" və "Delphi" proqramları hazırlanıb. "Oberon" haqqında isə Niklaus Virt bunu deyib: "Bütün həyatım boyu mümkün qədər güclü, lakin, eyni zamanda, mümkün qədər sadə bir dil hazırlamaq məqsədini güdmüşəm".

Niklaus Virt kompüter "siçanları", pəncərə interfeysləri və geniş yayılmış digər tətbiqlər yaradan "Xerox PARC" laboratoriyasındakı işi ilə də tanınır. 

S.ELAY

XQ

Dünya