Bayden: ABŞ Konqresi qapanmanın qarşısını alacaq razılığa gəlib

post-img

ABŞ prezidenti Co Bayden ABŞ Konqresinin hökumətin maliyyələşdirilməsi ilə bağlı razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, saziş “lazımsız” bağlanmanın (shutdown) qarşısını alacaq. ABŞ prezidentinin sözlərini "Reuters" agentliyi sitat gətirir.

Co Baydennin Ağ Ev tərəfindən yayımlanan bəyanatında deyilir ki, "Konqres liderlərinin əldə etdiyi ikitərəfli maliyyələşdirmə razılaşması bizi lazımsız bağlanmanın qarşısını almağa və mühüm milli maraqları qorumağa bir addım daha yaxınlaşdırır".

ABŞ hökumətinin 2024-cü il üçün ümumi büdcəsi 886 milyard dollar müdafiə, 704 milyard dollar isə qeyri-müdafiə xərcləri daxil olmaqla 1,590 trilyon dollar təşkil edəcək.

Xatırladaq ki, bağlanma dövlət qurumlarının maliyyə çatışmazlığı səbəbindən işinin dayandırılmasıdır. Noyabr ayında Co Bayden Konqres tərəfindən 2024-cü il yanvarın 19-na qədər hökumətə müvəqqəti maliyyə ayrılmasını nəzərdə tutan qanun layihəsini imzalamışdı. Eyni zamanda, qanunda Ukrayna, İsrail və Tayvana yardım nəzərdə tutulmayıb - bu məsələ ayrıca nəzərdən keçirilir. Bu məqsədlər üçün 106 milyard dollar vəsaitin xərclənməsi planlaşdırılır.

S.ELAY

XQ

Dünya