İsveç müharibə olacağını istina etmir

post-img

Mülki müdafiə naziri Karl-Oskar Bohlin İsveçin müharibəyə başlaya biləcəyi barədə xəbərdarlıq edib

Nazir Dalarna bölgəsindəki Salen hərbi bazasında keçirilən Milli Konfransda çıxışında bildirib ki, Rusiyanın təhdidlərinə ciddi yanaşmaq lazımdır: “İsveçdə müharibə ola bilər və xalqımız buna hazır olmalıdır”.

İsveçin 210 ildir müharibə etmədiyini xatırladan Bohlin əlavə edib:

“Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropada onsuz da pis olan təhlükəsizlik vəziyyəti daha da pisləşib. Rusiyanın sürətlə silahlanmasına çox ciddi yanaşmaq lazımdır. Təxminən 210 ildir ki, sülh İsveç xalqı üçün xoş bir yoldaş olmuşdur. Amma bu gün hər şey dəyişib və təhlükəsizlik vəziyyəti daha da pisləşib. Məsul nazir olaraq bunu İsveç xalqına izah etmək mənim məsuliyyətimdir”.

O bildirib ki, İsveç hökuməti ölkənin müdafiəsini artırmağa çalışır, insanların şüurunda ölkənin müharibəyə girə biləcəyi anlayışını yaradır. Onun fikrincə, Ukraynanın Rusiyaya qarşı müqaviməti nümunə kimi göstərilə bilər.

S.ELAY

XQ

 

Dünya