İmişlidə qış alçası

post-img

İmişlidə alça ağacı qış fəslində bar gətirib. Həm də qeyri-adi bir məqam ondan ibarətdir ki, 3 illik ağac ilk barını məhz qış fəslində verib.

Qeyri-adi təbiət hadisəsi rayonun Çaxırlı kəndində qeydə alınıb. Sözügedən ağac 3 ildir ki, əkilib, amma bir dəfə də olsun bar gətirməyib. Ötən ayın əvvələrində ağac tu­murcuqlayıb və şaxtalı hava olmasına bax­mayaraq çiçəkləyib. Hazırda onun üzərində az da olsa alça var.

XQ

Sosial həyat