Soydaşımız Özbəkistanın “Kinematoqrafiya fədəkarı” medalı ilə təltif olunub

post-img

Özbəkistanın kinematoqrafiya sahəsinin rəhbərləri və əməkdaşlarına-rejissor, operator və aktyorlara ölkənin yüksək mükafatları təqdim edilib. 

Kinematoqrafiya Agentliyinin (KA) “Kinematoqrafiya fədəkarı” medalı ilə təltif olunanlar arasında Özbəkistan Milli Televiziya və Radio Şirkətinin rejissoru, tanınmış kinorejissor, soydaşımız Eldar Məmmədov da var. O, Özbəkistan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə bu mükafata layiq görülüb. 

Təntənəli keçən yığıncaqda medalı Eldar Məmmədova KA-nin direktoru Firdavs Abduxalikov təqdim edib. 

Eldar Məmmədov 2023 ildə 7 sənədli film çəkib və 12 televiziya verilişi hazırlayib. Ötən il rejissor Azərbaycanda yaradiciliq səfərində olub. Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə inşa olunan 960 nəfərlik məktəb binasının tikintisi haqqinda “Dostluq rəmzi” adli sənədli film çəkib. O eyni zamanda  “Azad Şuşa” sənədli filmini ərsəyə gətirib. “Dostluq rəmzi” filmi avqust ayinda keçirilən Dostluq festivalında Diplom və pul mukafatina layiq gorülüb. 2023 cü ilin may-iyun aylarında Eldar Məmmədov Hindistanda səfərdə olub və 7 sənədli film yaradıb.

Ümümiyyətlə Eldar Məmmədov bu günə qədər 177 sənədli, 30 bədii film və 200-dən çox televiziya verilişi hazirlayıb. 2024-cü ildə bir neçə bədii və sənədli filmin çəkilişi planlaşdirilir.

Xatırladaq ki, Eldar Məmmədov 2022-ci ildə isə Özbəkistanın “Dostluq” ordeninə layiq görülüb. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       





Mədəniyyət