ABŞ Qırmızı dənizdə husilərə qarşı əməliyyatın gedişatını qiymətləndirib

post-img

ABŞ-ın Yaxın Şərqdəki hərbi dəniz qüvvələrinin komandanı Bred Kuper bildirib ki, Vaşinqtonun rəhbərlik etdiyi Qırmızı dəniz qüvvələri bir aydan az müddətdə husilər tərəfindən atılan 19 dronu və raketi vurub, lakin onların kommersiya gəmilərinin atəşə tutulmasını dayandıracağına dair heç bir əlamət yoxdur. Bu barədə Bloomberg xəbər verir.

Kuperin sözlərinə görə, Birləşmiş Ştatlar Qırmızı dənizdə "Rifah keşikçisi" əməliyyatını elan etdikdən sonra 1500-dən çox beynəlxalq ticarət gəmisi Qırmızı dənizdən təhlükəsiz keçib. 

O vurğulayıb ki, əməliyyat iştirakçıları fərdi müşayiəti təmin etmək deyil, bütün gəmiləri qorumağa çalışırlar.

Mətndə deyilir:" Kuperin Husi hücumlarının zəifləmədiyini etiraf etməsi, ABŞ və müttəfiqlərinin [husilərə qarşı] daha aqressiv hərəkətlərə ehtiyac olduğuna dair getdikcə daha sərt xəbərdarlıqları fonunda baş verir".

Materialda qeyd edilir ki, husilərin atəşə tutması İsrail və HƏMAS arasındakı müharibənin daha geniş regional münaqişəyə çevrilməsi ilə bağlı çoxsaylı riskləri gücləndirir.

Dekabrın 19-da Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatının nümayəndəsi Məhəmməd Əbdül Salam hər 12 saatdan bir Qırmızı dənizdə ticarət gəmilərinə hücum etmək niyyətində olduğunu açıqlamışdı.

Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Ostin Qırmızı dənizi husilərin ticarət şirkətlərindən yük daşıyan mülki gəmilərə hücumlarından qorumaq üçün əməliyyata başladığını açıqlamışdı.

"Rifahın keşikçisi" adlanan əməliyyatda Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Bəhreyn və Seyşel adaları da daxil olmaqla, bir çox dövlətlər iştirak edəcəklər.

S.ELAY

XQ

Dünya