Koreya yarımadasında gərginlik

post-img

ABŞ müttəfiqi olan Cənubi Koreyanı qorumaq üçün bütün hərbi imkanlardan, o cümlədən nüvə silahından istifadə edəcək.

Bu barədə ABŞ müdafiə nazirinin (Pentaqon) Hind-Sakit okean təhlükəsizlik məsələləri üzrə köməkçisi Eli Ratner Cənubi Koreya Müdafiə Nazirliyinin siyasi məsələlər üzrə müşaviri Ço Çanq Re ilə telefon danışığı zamanı bildirib.

Tərəflər Şimali Koreyanın Cənubi Koreya adalarına doğru artilleriya mərmiləri atmasını pisləyiblər.

Rəsmilər Şimali Koreyanın regionda sabitliyi poza biləcək hər hansı təxribat və təhdidlərə qəti şəkildə qarşı çıxacaqlarını bildiriblər.

ABŞ və Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndələri həmçinin Yaponiya ilə təhlükəsizlik sahəsində üçtərəfli əməkdaşlığın dərinləşdirilməsinin davam etdirilməsinin vacibliyini müzakirə ediblər.

Dünya