Kosmosda “Şam ağacı”?

post-img

NASA teleskopları kosmosda ulduz to­pasının fotosunu dərc edib. O, Yerdən 2500 işıq ili məsafədə yerləşir və kütləsi Günəşin kütləsindən dəfələrlə böyük olan kosmik obyektlərdən ibarətdir. 

Amma “Yolka”ya bənzərliyi artırmaq üçün NASA əməkdaşları çərçivəni, təxminən, 150 dərəcə fırladıb­lar. Yəni şimal tərəfi yuxarıya baxır. Şəkildəki mavi və ağ işıqlar rentgen şüaları yayan gənc ulduzlardır. On­ları obyektivə yaxalayan da “Chandra” teleskopudur.

Yaşıl rəng 0,9 metrlik WIYN teleskopunun əldə etdiyi görünən məlumatlara uyğundur. Onun köməyi ilə dumanlıqdakı qazın parıltısı qeydə alınıb. Şəkildə­ki ağ nöqtələr – ön planda və arxa planda olan ulduz­lar – səmanın infraqırmızı tədqiqatı nəticəsində aşkar edilib.

Ulduzlardan gələn rentgen şüalarını əks etdirən şəklin animasiya versiyası da dərc edilib. Əslində, on­lar sinxronlaşmadan yanıb-sönürlər, lakin çərçivələr Şam ağacına bənzərliyi vurğulamaq üçün seçilib.

Leyla HADİ,
tələbə-jurnalist

Dünya