Yer kürəsi Şərqə necə əyilib?

post-img

1993–2010-cu illərdə Yerin qütbü 64,16° Şərq yarımkürəsinə doğru dəyişib. Bu ildə 4,36 santimetr sürətlə baş verib. Geofiziklər bunun yeraltı su kütləsinin yenidən bölüşdürülməsi nəticəsində baş verdiyini müəyyən ediblər. “Geophysical Research Letters” jurnalında dərc edilən yeni araşdırma göstərir ki, insanlar yerdən çoxlu su çıxarıb onu başqa yerlərə köçürüblər. 

Yəni, bir yarımkürədən, digər ya­rımkürəyə. Nəticədə, Yer təkcə 1993–2010-cu illər arasında, təxminən, 80 santimetr Şərqə əyilib. Bu da göstə­rir ki, iqlimlə bağlı səbəblər arasında qrunt sularının yenidən paylanması fırlanma qütbünün sürüşməsinə ən çox təsir göstərib.

Hələ 2016-cı ildə suyun Yer kürə­sinin fırlanmasını dəyişdirə biləcəyi aşkarlanmışdı, lakin indiyədək bu fır­lanma yerdəyişməsində yeraltı suların dəqiq rolu öyrənilməmişdir. Hazırkı araşdırmada geoalimlər Yerin qütb sürüşməsi və suyun hərəkətindəki dəyişiklikləri simulyasiya etmək üçün kompüter modelləşdirməsindən istifa­də ediblər. Təsəvvür edək ki, plane­timiz zirvədir. Onun iki kənarında iki yarım dolu vedrələr var. Zaman-zaman bir vedrədən su götürülür və ikinciyə tökülür. Çox tezliklə zirvə tamamilə fərqli bir şəkildə hərəkət etməyə baş­layacaq. Eyni şey Yerdə də baş verir.

Buzlaqların əriməsi də təsirsiz ötüşmür.

PÜNHAN
XQ

Dünya