...Sutka 25 saat olacaq

post-img

Yer kürəsinin öz oxu ətrafında fırlanma hərəkəti yavaşıyır. Bu barədə Münhen Texniki Universitetinin mütəxəssisləri məlumat yayıblar.

“Bu “tormozlama” səbəbindən uzaq gələcəkdə kosmik standartlara görə sutka 25 saata çatacaq. Bu, təxminən, 200 milyon ildən sonra baş verəcək. Proses tədricən, eyni yavaşlama dərəcəsi ilə davam edir”, - məlumatda deyilir.

Mütəxəssislər iddia edirlər ki, 1,4 milyard il əvvəl Yerin öz oxu ətrafında bir dövrəsi daha sürətlə - 18 saat 41 dəqiqəyə tamamlanıb.

XQ

 

Dünya