İran prezidenti Moskvaya gedib

post-img

İran prezidenti İbrahim Rəisi cümə axşamı, dekabrın 7-də rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib. Məlumatı “İzvestiya.ru” verib. 

İran lideri təyyarədən enərkən orkestrlə qarşılanıb. Bundan əlavə, prezidentlərin Yaxın Şərqdəki münaqişəni və Moskva ilə Tehran arasında siyasi, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edəcəkləri qeyd edilir.

Bundan əvvəl, dekabrın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüş keçirib, görüş zamanı bir sıra aktual beynəlxalq mövzular, o cümlədən Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyət və İranın nüvə proqramı ətrafında vəziyyətin perspektivləri müzakirə edilib. 

Elə həmin gün Moskvada nazirlər sanksiyalara qarşı mübarizə haqqında sənəd imzaladılar. Danışıqlar Xəzəryanı dövlətlərin - Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistanın xarici işlər nazirlərinin görüşündə baş tutub.

P.ƏMİRCANOV
XQ

Dünya