Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum işini bu gün Ağdamda davam etdirir.
Dekabrın 6-da Bakıda işə başlayan forumun Ağdam Konfrans Mərkəzində təşkil edilən ikinci günündə sağlam ətraf mühit, ərazilərin minalardan təmizlənməsi, insan təhlükəsizliyi kimi mövzular müzakirə olunur.





