Beynəlxalq astronomlar qrupu 300 yeni neytron ulduzu tapıb və onları kataloqa daxil ediblər. Tədqiqat elmi jurnada dərc olunub.
Alimlər bu kəşfləri “Fermi” kosmik qamma-teleskopundan istifadə etməklə apardıqları müşahidələr sayəsində ediblər. Bəzi neytron ulduzlarının saniyədə yüzlərlə dəfə fırlandığı məlumdur və onlara millisaniyə pulsarları deyilir. 2008-ci ildə “Fermi” işə salınmazdan əvvəl bəşəriyyətə 10-dan az belə obyekt məlum idi.
Astronomların gəldikləri nəticəyə əsasən, aşkar edilmiş topluda qara dul hörümçəklərin öz növündən olanları yediyi kimi, qonşuluqda yerləşən ulduzları udmaq qabiliyyətinə görə belə adlandırılmış bir neçə “hörümçək pulsar” var.
Kəşf qalaktikaların necə əmələ gəlməsini daha yaxşı anlamağa kömək edəcək, həmçinin uzaq gələcəkdə kosmosda naviqasiya üçün pulsarlardan istifadə etməyə imkan verəcək.
XQ