“Ürək dumanlığı”nın foto-əksi

post-img

Yerdən 7 min 500 işıq ili uzaqlıqda, Kassiopeia bür­cündə Qalaktikanın Perseus qolunda məşhur “Ürək du­manlığı” (Heart Nebula) yer­ləşir. 3 noyabr 1787-ci ildə məşhur astronom Uilliam Hersçel tərəfindən kəşf edil­miş bu dumanlığın aydın fo­tosunu çəkmək olmurdu. 

Bu yaxınlarda NASA ən mo­dern texnologiyaların sayəsində, nəhayət ki, “Heart nebula”nın arzu edilən şəklini çəkib. Fotoda heyrətamiz bir ürək rəsmi var. Dumanlıq parıldayan ionlaş­mış hidrogen qazı və tünd toz zolaqlarından yaranıb. 

NASA bu şəkli 2024-cü il 14 Fevral Sevgililər Gününə “astronomik hədiyyə” adlandırıb.

Ayan SƏMƏDQIZI,
tələbə-jurnalist

Dünya