Yaxın Şərq: Girovlar geri qaytarılır

post-img

Bu gün artıq üçüncü gündür ki, Qətərin vasitəçiliyi ilə İsrail-Həmas arasında əldə edilən müvəqqəti atəşkəs çərçivəsində girov və məhbus mübadiləsi davam edir. Bu barədə BBC məlumat yayıb. 

Xəbərdə deyilir ki, cümə günü HƏ­MAS Qəzzada 24 girovu “Qızıl Xaç” Komitəsinin nümayəndələrinə təhvil verib. Girovlardan 13-ü israilli, 10-u tai­landlı və 1-i filippinlidir. Sazişə əsasən, cümə günü İsrail həbsxanalarında sax­lanılan 39 fələstinli Qərb sahilində sər­bəst buraxılıb. 

Xatırladaq ki, bu il oktyabrın 7-də HƏMAS yaraqlıları İsrailə hücum edərək yüzlərlə adamı öldürüb, 200-dən çox sakini girov götürüb. Bundan sonra İsrail Müdafiə Qüvvələri Qəzza­ya hücum ediblər. Qəzzanın səhiyyə nazirliyinin nümayəndəsi bildirib ki, İsrailin hücumu nəticəsində 14 min­dən çox fələstinli öldürülüb, otuz minə yaxın insan yaralanıb. Qəzzada yüzlər­lə bina dağıdılıb. 

Məlum olduğu kimi, İsrail ilə HƏ­MAS arasında 4 günlük müvəqqəti atəşkəs barədə razılaşmaya əsasən HƏMAS 50 girovu, İsrail isə həbsxa­nada saxladığı 150 fələstinlini azad etməlidir. Müvəqqəti atəşkəs cümə gü­nündən başlayıb.

Atəşkəs anlaşmasına görə, tibbi ləvazimat, yanacaq və ərzaq daşıyan yük maşınları artıq Misirdəki “Refah” keçid məntəqəsi vasitəsilə Qəzzaya daxil olub. Bundan başqa, Qahirə hər gün Qəzzaya 130 min litr dizelin çatdı­rılacağını öhdəsinə götürüb. 

Dünən Böyük Britaniyanın xari­ci işlər naziri David Cameron regiona səfər edib. Nazir Fələstin liderləri ilə görüşərək bildirib ki, Britaniya Qəzza­ya humanitar dəstək almaq üçün yeni imkanlarını araşdırır.

XQ

Dünya