Papua-Yeni Qvineya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib

post-img

Papua-Yeni Qvineya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə TASS Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 8 minə yaxın insanın yaşadığı Rabaul şəhərindən 113 km şimal-qərbdə yerləşib. 

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

XQ

 

Dünya