ABŞ-a məxsus təyyarə Aralıq dənizi sularında qəzaya uğrayıb

post-img

Noyabrın 10-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Aralıq dənizində qəzaya uğrayıb, hadisənin səbəbi araşdırılır.

Lenta.ru xəbər verir ki, bu barədə ABŞ-ın Avropa Komandanlığına (USEUCOM) məlumat verilib.

ABŞ təyyarəsinin Aralıq dənizinin şərqində təlimdə iştirak etdiyi açıqlanıb.

Komandanlıq təyyarə, ekipaj üzvləri və həlak olanlar barədə məlumat yaymayıb. Hadisənin hər hansı bir düşmənçilik hərəkəti ilə bağlı olmadığı dəqiqləşdirilir.

XQ

Dünya