Ərdoğan Somali prezidenti ilə Fələstini müzakirə edib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somalinin dövlət başçısı Həsən Şeyx Mahmudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Prezidentlər Ərdoğan və Həsən Şeyx Mahmud arasında keçirilən görüşdə İsrailin Fələstinə hücumları müzakirə edilib. Məlumatı “Anadolu” verib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsinin ofisindən verilən məlumata görə, görüşdə Ərdoğan və Mahmud İsrailin Fələstin torpaqlarında qətliamlara çevrilən hücumlarını, Türkiyənin Qəzzaya humanitar yardım çatdırmaq üçün göstərdiyi səyləri və atılması lazım olan addımları müzakirə ediblər.

Prezident Ərdoğan müsəlman ölkələrindən məzlum Fələstin xalqına dəstək mesajlarının çox əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, regionda davamlı sülh və sabitliyə yalnız fəaliyyət birliyi ilə nail olmaq olar.

Dolmabaxçadakı Prezident Aparatında keçirilən görüşdə Türkiyə-Somali əlaqələri, terrorla mübarizə və iqtisadi əməkdaşlıq sahələrində atılacaq addımlar da müzakirə edilib.

Türkiyə tərəfdən görüşdə Milli Müdafiə naziri Yaşar Gülər ​​və Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacir iştirak edib.

P.ƏMİRCANOV
XQ

Dünya