Qazaxıstanda "ArcelorMittal Temirtau" SC-nin Kostenko şaxtasında baş vermiş qəza nəticəsində ölənlərin sayı 16-ya çatıb. Məlumatı “İnterfaks.ru” yayıb.
“252 nəfərdən 205-i şaxtadan çıxarılıb, onlardan 18-i tibbi yardıma müraciət edib. 31 şaxtaçının axtarışları davam edir. 16 şaxtaçı həyat əlaməti olmadan tapılıb”, - "ArcelorMittal Temirtau"nun mətbuat xidmətinin açıqlamasında bildirilir.
Daha əvvəl 11 nəfərin ölümü ilə bağlı xəbər verilmişdi.
“PVASS xilasediciləri hadisə yerində işlərini davam etdirir. Qərargah fəaliyyət göstərir”, - mətbuat xidmətindən əlavə ediblər.
Qazaxıstan liderinin mətbuat xidməti bildirib ki, Prezident Kasım-Jomart Tokayev respublika hökumətinə həlak olanların ailələrinə bütün lazımi yardımların göstərilməsi barədə tapşırıq verib.
P.ƏMİRCANOV
XQ