BMT ərəb dövlətlərinin hazırladığı qətnaməni dəstəkləyib

post-img

BMT Baş Assambleyası cümə günü 22 ərəb dövlətinin İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında dərhal atəşkəs əldə etməyə çağıran qətnaməsini dəstəkləyib. Sənədin lehinə 120 ölkə, əleyhinə 14 dövlət səs verib, 45-i bitərəf qalıb. Məlumatı “İnterfaks.ru” verib. 

Eyni zamanda, BMT Baş Assambleyası Kanadanın təklif etdiyi və ABŞ-nin də   dəstəklədiyi HƏMAS-ın İsrailə qarşı terror hücumlarını pisləyən düzəlişi rədd edib.

Ərəb ölkələri adından İordaniyanın təqdim etdiyi qətnamədə “dərhal döyüş əməliyyatlarının dayandırılmasına, atəşkəsə və “tam, davamlı, təhlükəsiz və maneəsiz humanitar yardımın dərhal təmin edilməsinə” çağırılır. Bundan əalvə, Fələstinli qaçqınlara yardımların çatdırılmasının asanlaşdırılması üçün BMT-nin Yaxın Şərq Agentliyinə humanitar dəhlizlərin yaradılmasına, su, qida, dərman, yanacaq və elektrik enerjisi də daxil olmaqla, mühüm xidmət və malların anklava maneəsiz çatmasının təmin edilməsinə çağırış edilir.

Bundan əlavə, qətnamədə münaqişə tərəflərindən “beynəlxalq hüquqa uyğun olaraq öz öhdəliklərini dərhal və tam şəkildə yerinə yetirmələri”, “qanunsuz əsir götürülmüş bütün mülki şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsi” tələb edilir. 

P.ƏMİRCANOV
XQ

Dünya