“X”də yenilik

post-img

İlon Mask “X” (“Twitter”) sosi­al şəbəkəsindəki yeni funksiyası­nı təqdim edib. Qeyd edək ki, “X” platforması artıq audio və video­zəng funksiyasına malikdir. Bun­dan sonra istifadəçilər audio və videozənglər edə biləcəklər.

Funksiyanın hazırda iOS cihazla­rında mövcud olmasına baxmayaraq, tezliklə Android sistemində də yara­dılacağı deyilir. Bu seçimin standart olaraq aktiv ediləcəyi gözlənilir. İsti­fadəçilər abunə olduqları hesabların sahiblərindən zəngləri qəbul edə bilə­cəklər. 

Xatırladaq ki, dünyanın ən zəngin iş adamı İlon Mask bir neçə ay əvvəl “Twitter” platformasının adını “X” ad­landıraraq təqdim etmişdir.

Ayan NƏCƏF,
tələbə-jurnalist

Dünya