“iPhone”larda “göz xəbərdarlığı”

post-img

Müasir smartfonların əksəriyyəti artıq istifadəçilərin gözlərindəki gərginliyi azaldan “Qaranlıq rejim” və “Gecə rejimi” kimi funksiyalarla təchiz olunub. İndi onlar Face ID-ni dəstəkləyən cihazlar üçün “Ekran məsafəsi” seçimini əlavə ediblər.

İstifadəçinin gözləri ilə displey arasındakı məsafəni müəyyən etmək üçün selfi ka­merası və digər “iPhone” sensor­larından istifadə edilir. Cihaz bir neçə dəqiqə ərzində gözlərinizə 30 santimetr məsafədən yaxın olarsa, ekranda mesaj görünür.

Yeni funksiyanın məqsədi gözün yorulma ehtimalını azalt­maqdır.

Bəs “Ekran məsafəsi”ni necə aktivləşdirmək olar? Bunun üçün əvvəlcə parametrlər açılır, sonra “Ekran vaxtı” bölməsinə keçilir. Daha sonra “Ekran məsafəsi” ta­pılır və açar işə salınır.

Bu funksiya “iPhone X” və ya daha yeni versiyalarda iOS 17, “iPad Pro 11” və ya daha yeni iPadOS 17 ilə işləyir.

P.ƏFƏNDİ
XQ

Dünya