Hava yağmursuz keçəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağaca­ğı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Gecə 14–17° , gündüz 21–26° isti olacaq.Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70–80, gündüz 60–65 faiz olacaq. Azərbaycanın rayonlarında, əsasən, yağmursuz keçə­cək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10–15°, gündüz 21–26°, dağlarda gecə 3–8°, gündüz 12–17° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya