Gürcüstan parlamenti prezidentə impiçment elan edə bilməyib

post-img

Gürcüstan parlamentinin cəmi 86 üzvünün prezident Salome Zurabişvilinin istefaya göndərilməsinə səs verdiyi üçün impiçment baş tutmayıb. 

XQ xəbər verir ki, iclas Gürcüstanın qanunverici orqanının saytında yayımlanıb.

Gürcüstanın Konstitusiyasına görə, Prezidentin vəzifəsindən kənarlaşdırılması üçün parlament üzvlərinin üçdə ikisi qərarın leyinə səs verməlidir. Yəni, parlamentdə təmsil olunana 150 deputatdan ən azı 100 nəfəri qərarı dəstəkləməli idi. Sənədin lehinə 86 deputat səs verib. 1 nəfər isə impiçmentin əleyhinə olub.

İclasda iştirak edən Prezident Zurabişvili ittihamlara cavab verib. O, Konstitusiya Məhkəməsinin öz rolunu tamamilə tərk edərək siyasi müstəviyə keçdiyini deyib.

Xatırladaq ki, bu il sentyabrın əvvəlində S.Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum oldu ki, Gürcüstan hökuməti dövlət başçısının bu səfərinə razılıq verməyib. Ona görə də hakim partiya Prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya