Tokayev: “Bir kəmər – bir yol” Böyük İpək yolunun renessansına təkan verib

post-img

Yaxın üç il ərzində Qazaxıstan Cinin “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq əsasında 1300 kilometr dəmir yolu çəkmək niyyətindədir. Bu barədə Prezident Kasım-Jomart Tokayev bu gün Pekində eyniadlı beynəlxalq əməkdaşlıq forumunun açılışında bəyan edib. Məlumatı “İzvestiya.ru” verib. 

Tokayev deyib: “Qazaxıstan-Çin sərhədində üçüncü dəmir yolu buraxılış məntəqəsinin, eləcə də “Baxtı” və “Kaljat” quru limanlarının açılması nəzərdə tutulur”.

Prezident əlavə edib ki, “Bir kəmər – bir yol” Böyük İpək yolunun renessansına təkan verib, ona görə də Çinin bu təşəbbüsünü haqlı olaraq XXI əsrin meqalayihəsi adlandırırlar. O, ölkəsinin Avrasiyanın mərkəzində yerləşdiyini, Şimal və Cənub, Şərq və Qərbi birləşdiyini qeyd edərək, beynəlxalq əhəmiyyətli nəqliyyat-loqistika qovşağı olduğunu bildirib. 

 

P.ƏMİRCANOV

XQ

Dünya