Rusiya Prezidenti Vladimir Putin oktyabrın 17-də Çində keçiriləcək "Bir kəmər, bir yol" forumunda iştirak edəcək. Çinin xarici işlər naziri Van İ rusiyalı həmkarı Sergey Lavrovla söhbətində deyib ki, Çin tərəfi PF Prezidentinin forumun işinə mühüm töhfə verəcəyini gözləyir. Məlumatı “İnterfaks.ru” verib.
Van İ bildirib: “Sabah Prezident Putin Sədr Si Cinpinin dəvəti ilə “Bir kəmər, bir yol” üçüncü Beynəlxalq Əməkdaşlıq Forumunda yüksək səviyyədə iştirak edəcək. Biz əminik ki, prezident Putinin iştirakı çox mühüm töhfə verəcək. Bu, forumun uğur qazaqnması və strateji qarşılıqlı fəaliyyətimizin inkişafı üçün çox faydalı olacaq və yeni enerji gətirəcək”.
Van İ xatırladıb ki, bu yaxınlarda Rusiya lideri “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində Çin-Rusiya əməkdaşlığını, eləcə də “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində birgə işi yüksək qiymətləndirib.
P.ƏMİRCANOV
XQ