Alp dağlarında yerləşən Avropanın ən hündür zirvəsi hesab edilən Monblan son 10 ildə 2,2 metrədək kiçilib. Bu barədə Yuxarı Savoyya departamentinin tədqiqatçıları xəbərdarlıq ediblər.
Ölçmələr bir qrup topoqraf, alim və idmançılar tərəfindən aparılıb. Onların hesablamalarına görə, dağın hazırkı hündürlüyü 4805,59 metrdir.
Tədqiqatçıların sözlərinə görə, dağın hündürlüyü hər il zirvədəki yağıntı və qar əriməsindən asılı olaraq bir qədər dəyişir.
Geomorfoloq Lüdovik Ravanel bildirib: “Biz indi Monblanı izləməliyik ki, növbəti illər ərzində yüksəklikdəki qalxma və enmə hadisəsini müşahidə edə bilək. Amma biz dağlardakı buzun qalınlığının azalmağa doğru getdiyini hiss edirik. Bu da o deməkdir ki, 2100-cü ilə qədər Alp buzlaqları həcminin 99 faizini itirəcək”.
F. SALMANOVA
XQ