“Eyfel” necə böyüyür?

post-img

Parisin rəmzlərindən biri “Eyfel” qülləsinin yayda 15 santimetr bö­yüməsi baş verir. Bu nəhəng qurğuda poladın uzanması temperatur geniş­ləndirici birləşmələr vasitəsilə nizam­lanır. 

Polad qızan za­man genişlənməyə başlayır və daha çox həcm tutur. Buna istilik genişlənməsi deyilir. Əksinə, tem­peraturun düşməsi həcmin azalmasına gətirib çıxarır. Bu səbəbdən körpülər kimi, böyük qurğular da zədələnmədən ölçülərini dəyişməyə imkan verən geniş­ləndirici birləşmələrlə tikilir.

Xatırladaq ki, “Eyfel”in adı onu inşa edən memarın – Qustav Eyfelin adından miras qalmışdır. Memar özü tikilini “300 metrlik qüllə” adlandırmışdır. “Eyfel” qüllə­sini ildə 6 milyon turist ziyarət edir.

Dünya