Möhkəmlik resepti

post-img

Qrip və viruslar mövsümündə qidalan­ma, fiziki məşqlər və həyat tərzini dəyişdir­mək lazımdır.

1. Fərqli vitaminlərlə qidalan: A vitamini – brokkoli, pomidor, kələm, na­rıncı rəng tərəvəz və meyvələr, C vitamini – antioksindant təsirli – bibər, sitrus meyvələri, brüssel kələmi, E vitamini – avokado, yağlar, badam, çərəzlər, D vitamini – yağlı balıq, mərci, yumurta, küncüt, müxtəlif otlar, çaylar, ədviyyatlar – sarımsaq, qara zirə, sarıkök, ya­şıl çay – hamısı immunitetə təsir edir.

2. Günün planını düzgün qur: Yuxu saa­tı, istirahət, hər gün eyni saatda yemək, həftə­də 1 gün ac qalmaq, bol maye, 10 min addım – bunlar müntəzəm edilməlidir.

3. Bağırsağı təmizlə: Məhz bağırsaqlarda immun hüceyrələri yaşayır. Bağırsaq florasını fermentləşdirilmiş qidalar və qatıqla zəngin­ləşdir.

4. Qaraciyəri toksinlərdən azad et: Al­koqol və siqareti tərgidə bilmirsinizsə, azal­dın. Gündə 5–10 ədəd siqaret immun sistemi­ni və ağciyərləri zəiflədir.

5. Məşq elə: 20 dəqiqəlik gəzintidən baş­layın, gimnastika və yoqa edin, oyunlar oy­nayın. Gündəlik aktivlik orqanizmdə iltihabi prosesləri azaldır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat