Zəncanlı soydaşımız Nobel Sülh Mükafatına layiq görüldü

post-img

“İnsan hüquqları müdafiəçiləri” mərkəzinin vitse-prezidenti Nərgiz Mohammadi Nobel sülh mükafatına layiq görülüb. Laureat hazırda həbsxanada cəza çəkir.

Norveç Nobel Komitəsinin mə­lumatına görə, Nərgiz Moham­madi mükafata İranda qadınların hüquqlarının pozulmasına qarşı mübarizədə səylərinə görə layiq görülüb. Mükafat, həmçinin “Qa­dın-Həyat-Azadlıq” şüarı ilə İranda qadınların hüquqlarının pozulması­na etiraz edən yüz minlərlə iranlıya həsr edilib.

Nərgiz Mohammadi ölkədə ölüm hökmünün ləğvinə çalışan hüquq-müdafiə təşkilatı­na rəhbərlik etdiyinə görə 2016-cı ildə 16 il həbs cəzasına məhkum olu­nub. 2020-ci ildə azadlığa buraxılan qadın 2021-ci ildə yenidən həbs edilərək Tehrandakı Evin həbsxa­nasına salınıb.

Məlumat üçün bildirək ki, 1972-ci ildə Zəncanda anadan olmuş güneyli soydaşımız buvaxtadək 13 dəfə həbs edilib. Nərgiz Moham­madi 2023-cü il üçün Nobel Sülh Mükafatına 500-dən çox namizəd arasından seçilib.

XQ

Son xəbərlər