Günəş “halqavari” tutulacaq

post-img

Bu barədə mətbuata Bakı Dövlət Universitetinin fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib. Məlumatda bildirilir ki, bu, halqavari Günəş tutulmasıdır. 

Ay Yerdən uzaq məsafədə olduq­da bucaq ölçüsü Günəşin bucaq ölçü­sündən kiçik olduğuna görə, tutulma zamanı Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır. 

Tutulma hadisəsi oktyabrın 14-də Bakı vaxtı ilə saat 19:03:45-də baş­layacaq və oktyabrın 15-də saat 00:55:11-də sona çatacaq. Tutulma­nın maksimumu saat 21:59:27-də olacaq. Tutulma hadisəsi 5 saat 51 dəqiqə 26 saniyə davam edəcək. Mərkəzi tutulma hadisəsi isə saat 20:10:09-da başlayacaq və 23:48:56-da qurtaracaq. Mərkəzi tutulma prose­si 3 saat 38 dəqiqə 47 saniyə davam edəcək. 

Bu tutulma hadisəsi Qərbi Afrika, Şimali Amerika, Cənubi Amerika, Sa­kit okean, Atlantik okeanı və Arktikada müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmaya­caq.

XQ

Dünya