Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatının adı açıqlanıb.
Stokholmdakı Karolinsk İnstitutunun Nobel Komitəsi macar alimi Katalin Kariko və amerikalı Dryu Vaysmanın 2023-cü il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldüyü elan edib.
Alimlər bu mükafata “COVID-19-a qarşı effektiv mRNT vaksinlərinin hazırlanmasına imkan verən nuklein turşusu əsaslarının modifikasiyası sahəsində kəşflərinə görə” layiq görülüblər.
XQ