Tokioda Yaponiyanın ən hündür göydələni olacaq binanın tikintisinə başlanılıb. Bu barədə “Mitsubishi Estate” layihəsinin operatoru məlumat verib.
Tikintiyə paytaxtın mərkəzindəki Tokio stansiyasının yanında başlanılıb. “Torch Tower” adlanacaq göydələnin hündürlüyünün, təqribən, 390 metr olacağı və tikintisinin 2028-ci ilin mart ayına kimi başa çatdırılacağı gözlənilir.
Beləliklə, yeni bina hazırkı rekordçunu - Tokioda yerləşən 330 metr hündürlüyü olan “Azabudai Hills” binasını keçərək ölkənin ən hündür binası olacaq.
Forma və dizayn baxımından yeni göydələn məşələ bənzəyəcək. Onun yuxarı mərtəbələrinin yanan məşəl alovu effekti yaradaraq daha parlaq işıqlandırılacağı gözlənilir.
XQ