Fransa Nigerdən çıxır

post-img

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, ölkəsinin hərbi kontin­gentini Nigerdən çıxarmaq barədə qərar qəbul edib. Məlumatı “İnterfaks.ru” verib.

O, TF1 telekanalının efirində bildirib ki, qoşunların çıxarılması prosesi bu ilin sonuna qədər başa çatacaq. Makron Fransa səfirinin də Niameyadan geri çağırılacağını deyib. 

Hər iki məsələni Higerin yeni haki­miyyəti tələb edir. Bu Afrika ölkəsindəki Fransa qoşunlarının sayı təxminən 1,5 min nəfərdir. 

Makron əlavə edib: “Bizim qoşun­lar Niger, Burkino-Faso və Maliyə ter­rorizmə qarşı mübarizə üçün gedib. Bu yaxınlarda həmin ölkələrdə dövlət çevrilişi baş verib. Sentyabrın 24-də, günün ikinci yarısında mən Niger pre­zidenti Bazumla (o, hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılıb – red.) telefon əlaqəsi saxlamışam. Onu is­lahatlar həyata keçirmək istədiyi üçün istefaya göndəriblər. Fransa öz səfirini də geri çağırmaq qərarındadır. Biz artıq Nigerlə hərbi əməkdaşlığa son qoyu­ruq”.

Sentyabrın 24-də Fransa KİV-i də Afrikada Aeronaviqasiya Təhlükəsizliyi üzrə Agentliyə istinadən məlumat yayıb ki, Niger bütün Fransa təyyarələrinin öz ərazisindən uçuşuna qadağa qoyub. 

Niger agentliyinin məlumatında deyilirdi: “Nigerin hava məkanı Fransa təyyarələri istisna olmaqla, bütün daxili və beynəlxalq kommersiya aviareysləri üçün açıqdır”.

Paşa ƏMİRCANOV
XQ

Dünya