Zurabişvili impiçment qarşısında

post-img

Gürcüstanın Konstitusiya Məhkəməsi oktyabrın 3-də ölkə Prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsinə baxacaq. Bu barədə Gürcüstan KİV-i məlu­mat yayıb.

Bildirilib ki, bununla bağlı Salome Zura­bişvilinin də iştirakı ilə oktyabrın 3-də yerli vaxtla saat 12:00-da şifahi dinləmə keçirilə­cək.

Qeyd edək ki, sentyabrın 1-də S.Zurabiş­viliyə qarşı impiçmentlə bağlı hakim “Gürcü Arzusu” Partiyası imzatoplama kampaniya­sına başlayıb. S.Zurabişvili avqustun 31-də Gürcüstanın Avropa İttifaqına namizədliyi­nin dəstəklənməsi üçün xarici dövlətlərin liderləri ilə görüşmək məqsədilə Avropaya səfər edib. Gürcüstan hökuməti isə onun bu səfərini qəbuledilməz sayıb.

Hakim partiya Zurabişvilini Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozmaqda ittiham edib. 

Qeyd edək ki, müxalifətin dəstəyi olma­dan “Gürcü Arzusu” və “Xalq Gücü” hərə­katının üzvlərinin təmsil olunduğu parlament çoxluğu impiçment prosedurunu başa çatdıra bilməyəcək, çünki ən azı 100 səs lazımdır və çoxluğun hazırda cəmi 83 üzvü var.

XQ

Son xəbərlər