Robert Köçəryanın oğlu həbs edilib

post-img

Ermənistanın eks-prezident Robert Köçəryanın oğlu Levon Köçəryan bir ay müddətinə həbs edilib. Erməni mətbuatı xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Qoçubayev sosial şəbəkədə məlumat verib.

Xatırladaq ki, Levon Köçəryan sentyabrın 22-də hökumət əleyhinə etiraz aksiyaları zamanı saxlanılıb. Daha sonra o, polis əməkdaşları tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib. Lakin sonradan məlum olub ki, L.Köçəryan 4 polis əməkdaşını döyməkdə şübhəli bilinərək saxlanılıb.

Eyni zamanda, Köçəryana işgəncə verilməsi ilə bağlı cinayət işi açılıb. 

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya