Elmi-Tədqiqat İnstitutunda yubiley tədbiri

post-img

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonuda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda bu elm oçağına uzun illər rəhbərlik edən İlham Qaraqurbanlının  anadan olmasının 65, elmi fəaliyyətinin 40 illiyi münasibətilə tədbir keçirilib. 

Bu elmi tədqiqat müəsisəsi nəinki regionda, keçmiş SSRİ məkanında meyvəçilik və çayçılıq sahəsində lider elmi-tədqiqat müəssisəsinə çevrilib. Bu gün İnstitut dünyada tanınır, Böyük Britaniyanın, Türkiyənin, Xorvatiyanın, Ukraynanın alimləri və müvafiq şirkətləri ilə faydalı işgüzar əlaqələr yaradılıb, birgə layihələr həyata keçirilir. Qeyd edək ki, institut respublikamızda meyvəçiliyin inkişafı üçün mühüm işlərin görüldüyü, bu istiqamətdə müasir yanaşmaların tətbiq olunduğu, fermerlərin müasir texnologiyalara yiyələnmələrini təmin edən elmi-tədqiqat müəssisəsidir.   Bu nailiyyətlərin qazanılmasında daima yeniliyə, müasir texnilogiyaların tətbiqinə can atan, ölkəmizin inkişafı üçün yorulmadan çalışan İlham Qaraqurbanlının əməyi danılmazdır.

Tədbirdə  AMEA-nın  və Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının rəhbər  işçiləri, Quba rayon icra hakimiyyətinin nümayəndələri, yubilyarın tələbə yoldasları və  institutun əməkdaşları istirak ediblər. Çıxış edənlər İlham Qaraqurbanlının rəhbərlik etdiyi dövrdə institutun bütün sahələrdə tamamilə yeniləndiyini, müasir laboratoriyaların yaradıldığını, respublikamızda  intensiv bağçılıq texnologiyalarının tətbiqi üzrə genişmiqyaslı işlər görüldüyünü, institutda müasir metodları mənimsəmiş tədqiqatçı və işgüzar kollektivin formalaşdığını qeyd ediblər.

XQ



Sosial həyat