Cənubi Qafqaz dövlətlərinin xarici borcu

post-img

Cənubi Qafqaz ölkələri arasında dövlət borcuna gərə ən ağır vəziyyət Ermənistandadır. Ermənistanın dövlət borcu 2023-cü ilin fevral ayının sonunda ÜDM-in 54 faizini təşkil edib. 2023-cü ilin iyul ayının sonuna Ermənistanın dövlət borcu təxminən 11 milyard 352 milyon dollardır. 

Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, ilin əvvəli ilə müqayisədə borcun məbləği 714 milyon dollar və ya 6,7 faiz artıb. Bildirilib ki, daxili dövlət borcu xarici borcdan daha sürətlə artır. Ermənistanın xarici dövlət borcu iyulun sonunda 6 milyard 663 milyon dollar təşkil edib. Bu o deməkdir ki, yeddi ay ərzində bu rəqəm 218 milyon dollar və ya 3,4 faiz artıb. Xarici borcun əsas hissəsini beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən verilən kreditlər təşkil edir.

Gürcüstanın xarici dövlət borcu bu il iyulun 1-nə 8,51 milyard dollar qiymətləndirilir. Gürcüstan Maliyyə Nazirliyinin məlumatına görə, il ərzində xarici borc 7,6 faiz artıb. 31 mart 2023-cü il tarixinə ölkənin dövlət borcu 12,6 milyard dollar təşkil edib. Bu, Ümumi Daxili Məhsulun 32,2 faizi deməkdir.

Gürcüstan dövlətinin ən böyük kreditorları Asiya İnkişaf Bankı (2,15 milyard dollar), Beynəlxalq İnkişaf Bankı (1,38 milyard dollar) və Avropa İnvestisiya Bankıdır (1,005 milyard dollar).

İyulun 1-nə Azərbaycanın dövlət borcu isə 16 milyard 151 milyon manat və yaxud 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 14,5 faizi qədər olub. Azərbaycanın xarici borcu 6 milyard 576,9 milyon dollar, daxili borcu isə 4 970,3 milyon mantdır. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 10  faiz və 4,5 faizi qədərdir.

P.ƏFƏNDİ

İqtisadiyyat