Afroditanın məbədi…

post-img

Misir və Fransadan olan beynəlxalq arxeoloqlar qrupu İsgəndəriyyə yaxınlığında, suyun altında qədim yunan gözəllik, sevgi və məhsuldarlıq ilahəsi Afroditaya məxsus məbəd tapıblar. Bu barədə ölkənin Turizm və Qədim Əsərlər Nazirliyi xəbər yayıb.

Bildirilir ki, eramızdan əvvəl V əsrə aid olan məbəd Əbu Kir körfəzində batmış qədim Heraklion şəhərində sualtı qazıntılar zamanı aşkar edilib. Məbədin içərisində Yunanıstandan gətirilmiş tunc və keramika əşyaları da var.

Qeyd edək ki, eramızdan əvvəl VIII əsrdə inşa edilən Heraklion beş əsr sonra  İsgəndəriyyə tikilənə qədər qədim Misirin ən böyük ticarət mərkəzi və liman şəhəri olub. Şəhər, təxminən 1200 il əvvəl su altında qalıb. Heraklion arxeoloqlar tərəfindən kəşf edildiyi gündən sualtı muzey hesab edilir.

S. FİDAN
XQ

 

Dünya