12 PKK terrorçusu zərərsizləşdirib

post-img

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 12 terrorçunu zərərsizləşdirib.

Türkiyə Milli Müdafiə Nazirliyi “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarının keçirildiyi bölgələrdə hücum hazırlığında olan 12 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb. 

“Anadolu” agentliyi xəbər verir ki,  Milli Kəşfiyyat Təşkilatı (MİT) da İraqın Sincar bölgəsində keçirdiyi əməliyyatla terror təşkilatı PKK/KCK-YBŞ-nin Sincar ictimai təhlükəsizlik işçisi adlandırılan Halid Reşo Kasımı zərərsizləşdirib.

Daxili İşlər naziri Ali Yerlikaya isə sosial media hesabından verdiyi açıqlamada İraqda terror fəaliyyətində iştirak edən "Rosida" kod adlı Helin Özgören və "Hogir Armanç" kod adlı Özer Yıldırımın təhlükəsizlik qüvvələrinə təslim olduğunu bildirib. 

Anar ƏLİ,

XQ

Dünya