Qazaxıstan parlamenti Türk İnvestisiya Fondunun haqqında sazişi təsdiqlədi

post-img

Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən tarixi bir addım ataraq fəaliyyətə başlayan Türk İnvestisiya Fondu iyunun 1-də İstanbulda yaradılmışdı.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın üzv olduğu təsis sazişi bundan əvvəl Azərbaycan Milli Məclisi tərəfindən təsdiq edilib.

Türk İnvestisiya Fondu ümumtürk dünyasının Beynəlxalq Valyuta Fondu və ya Dünya Bankı kimi təyin olunub.

500 milyon dollar sərmayə ilə fəaliyyətə başlayan fondda hər bir üzvün 20 faiz payı var.

İnvestorları və sahibkarları dəstəkləmək məqsədi daşıyan bu tərəfdaşlıq iqtisadi inteqrasiyaya töhfə verəcək.

Üzv ölkələrin iqtisadi siyasətləri uzunmüddətli perspektivdə bir-birinə uyğunlaşsa, zamanla ticarət, müdafiə və texnologiya kimi sahələrdə də mühüm ortaq investisiyalar mümkün olacaq.

Anar ƏLİ,

XQ

Dünya